Sevgiden Yazmayıblar - Aslixan

Sevgiden Yazmayıblar - Aslixan

Год
2019
Язык
`Azerbaijão`
Длительность
205630

Abaixo está a letra da música Sevgiden Yazmayıblar , artista - Aslixan com tradução

Letra da música " Sevgiden Yazmayıblar "

Texto original com tradução

Sevgiden Yazmayıblar

Aslixan

Məni al məndən mən bir tək sənin olum,

Sənsiz dayaz hisslerim seninle dərin olur,

Sənsiz gündüzüm gecə,xeyirim şərim olur,

Amma bu cəhənnəm Bakı səninlə sərin olur...

Yenə al məndən məni mən bir tək sənin olum,

Sənsiz dayaz hisslerim seninle dərin olur,

Sənsiz gündüzüm gecə,xeyirim şərim olur,

Mənə bu cəhənnəm Bakı səninlə sərin olur.

Sevgidən yazmayıblar mən səndən yazan kimi,

İnan heç kor da azmayıb mən səndə azan kimi,

Yalandı minarələrdə qışqıran möminlər,

Sənin bir adi gülüşün qulaqlarıma azan kimi.

Dedilər fikri azıb, çıxıbdır dindən bu,

Amma məni anlamırlar izah olmur dillə bu,

Onlar məni sevgiyə qul,sevgidə hərif bilirsə,

Sən mənim incə,zəyif,zərif yerimsən.

Dedilər ardını yaz səni birazda təsvir edim,

De canım fəda olsun, ya ruhumu təsdiq edim,

Nə qələm bezmir səndən nə təbim bəsdir demir,

Mən, edirəm çox şeyi inkar səni bir təsfiq edib,

Hansı şair, bu qədər xəstə olar?

Düzərəm sətrimə notlar bu həmdə bəsdir olar,

Yüzündən, belə lap minindən seçirəm səni,

Canavar, dolunay sevdiyi tək sevirəm səni.

Məni al məndən mən bir tək sənin olum,

Sənsiz dayaz hisslerim seninle dərin olur,

Sənsiz gündüzüm gecə,xeyirim şərim olur,

Amma bu cəhənnəm Bakı səninlə sərin olur...

Yenə al məndən məni mən bir tək sənin olum,

Sənsiz dayaz hisslerim seninle dərin olur,

Sənsiz gündüzüm gecə,xeyirim şərim olur,

Mən sənə nə vaxt tutuldum,deyil yadımda

İnanki nəfsimə qalsa,xeyli qadın var,

Yox, istəmirəm qeyri yanımda,

Sən nəfsimin yox, bu könlümün sahibisən eyni halınla,

Sarayın yox küçənin şairiyəm,

Qələmim haqq yazir ancaq haqqın şahidiyəm,

Tanrıdan nə payım var, o payın sahibiyəm,

Verib bir Xəzər mənə,məndə sahilinəm.

Bakının şəklini çək, sonra cır, tulla getsin,

Ki burda sevmək üçün heç pulda yetmir,

Məni düşün, düşünki parfümerəm,

Sənmi sadəsən?

Hə?

Ya mənmi mürəkkəbəm?

Mənə sən lazımsan, qayığa kürək gərək,

Bakının küləyi varmış,bilirsən?

Saçınla rəqs edəcək, tək külək mənəm...

Məni al məndən mən bir tək sənin olum,

Sənsiz dayaz hisslerim seninle dərin olur,

Sənsiz gündüzüm gecə,xeyirim şərim olur,

Amma bu cəhənnəm Bakı səninlə sərin olur...

Yenə al məndən məni mən bir tək sənin olum,

Sənsiz dayaz hisslerim seninle dərin olur,

Sənsiz gündüzüm gecə, xeyirim şərim olur

Mais de 2 milhões de letras

Músicas em diferentes idiomas

Traduções

Traduções de alta qualidade para todos os idiomas

Busca rápida

Encontre os textos que você precisa em segundos