Abaixo está a letra da música Həyatımla Oynama , artista - Eldar Mansurov, Айгюн Кязымова com tradução
Texto original com tradução
Eldar Mansurov, Айгюн Кязымова
Yar gəlməyi gumana qalar
Ümid dağda dumana qalar
Biz gedərik zəmanə qalar
Biz gedərik sevgi qalar
Biri eşqin dadına uyar
Biri gözəl adına uyar
Biri eşqin özünü duyar
Hər göz yaşı bir məhəbbət
Hər çiçəyin sözünə uyma
Hər gözəli yaxına qoyma
Taleyimlə belə oynama
Həyatımla belə oynama
Bu həyatın bir üzü kindir
Qəlbi qara, üzü çirkindir
Ürəyinin hakimi kimdir
Ürəyimi belə sınama
Bir yasəmən budağı yan gəl
Bir ayrılıq yarpağı yan gəl
Bir xatirə bulağı yan gəl
Yara möhtac bir ürəyəm
Bu xəbərdən xəbərin varmı
Məni gözün heç axtarırmı
Bu ilk bahar, son baharmı
Mən heç bunu bilmirəm yar
Hər çiçəyin sözünə uyma
Hər gözəli yaxına qoyma
Taleyimlə belə oynama
Həyatımla belə oynama
Bu həyatın bir üzü kindir
Qəlbi qara, üzü çirkindir
Ürəyinin hakimi kimdir
Ürəyimi belə sınama
Músicas em diferentes idiomas
Traduções de alta qualidade para todos os idiomas
Encontre os textos que você precisa em segundos