Abaixo está a letra da música Yağış , artista - Aygün Səmədzadə, Eyyub Yaqubov com tradução
Texto original com tradução
Aygün Səmədzadə, Eyyub Yaqubov
Yağış yağır bu şəhərə,
Gör nə gözəl bir gecədir.
Bir sən, bir mən bu şəhərdə,
Bir də yağışlı gecədir.
Yağış yağır, bu ki göyün,
Sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil,
Könlümüzün həsrətidir, həsrətidir.
Bu gün göylər nəğmə deyir,
Ürəyində sözü varmış.
Bu məhəbbət nəğməsini,
Görən hardan bilir yağış?
Yağış yağır, bu ki göyün,
Sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil,
Könlümüzün həsrətidir, həsrətidir.
Bəlkə göylər bu torpağa,
Sevgisindən söhbət açır.
Yağış yağır, bu şəhərin
Gözlərindən yuxu qaçır.
Bu şəhər də, bu yağış da,
Bu gecə də bizimkidir.
Bu gecədən bizə baxan
O səhər də bizimkidir.
Saçlarında, əllərində
Damcıların parıltısı.
Qəlbimizə axıb gedir,
Bu yağışın pıçıltısı.
Yağış yağır, bu ki göyün,
Sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil,
Könlümüzün həsrətidir, həsrətidir.
Bu gün göylər nəğmə deyir,
Ürəyində sözü varmış.
Bu məhəbbət nəğməsini,
Görən hardan bilir yağış?
Yağış yağır, bu ki göyün,
Sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil,
Könlümüzün həsrətidir, həsrətidir.
Bəlkə göylər bu torpağa,
Sevgisindən söhbət açır.
Yağış yağır, bu şəhərin
Gözlərindən yuxu qaçır.
Bu şəhər də, bu yağış da,
Bu gecə də bizimkidir.
Bu gecədən bizə baxan
O səhər də bizimkidir.
Músicas em diferentes idiomas
Traduções de alta qualidade para todos os idiomas
Encontre os textos que você precisa em segundos