Abaixo está a letra da música Vətən Sağ Olsun , artista - Elnarə Xəlilova com tradução
Texto original com tradução
Elnarə Xəlilova
İgidlər, ərənlər yaşayan eldə
Firavan bir ömür sürməkdən ötrü
Əzm, fədəkarlıq göstərmək gərək
Bəxtiyar, xoş günlər görməkdən ötrü
İgid oğlanların gücü, qüvvəti
Gözəl qızlarımın abır, isməti
Ali komandanın sülh siyasəti
Dünyaya tanıtdı bizim dövləti
Bizim dövlətdi, bizim dövləti
Ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
Müzəffər ordumuz çalacaq zəfər
Hamımız bu yolda göstərək hünər
Deyək hər birimiz: «Vətən sağ olsun»
Bizim and yerimiz Vətən sağ olsun
Sarılıb silaha igidlərimiz
Sərhədlər boyunca səngərlər qurur
Üç rəngli bayrağa and içən əsgər
Xalqın keşiyində müsəlləh durur
Bu millət çox dözüb, artıq bəsidir
Artıq səbrimizin son nöqtəsidir
İntiqam almağın vaxt-vədəsidir
Ucalan səsimiz haqqın səsidir
Haqqın səsidir, haqqın səsidir
Ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
Müzəffər ordumuz çalacaq zəfər
Hamımız bu yolda göstərək hünər
Deyək hər birimiz: «Vətən sağ olsun»
Bizim and yerimiz Vətən sağ olsun
Ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
Müzəffər ordumuz çalacaq zəfər
Hamımız bu yolda göstərək hünər
Deyək hər birimiz: «Vətən sağ olsun»
Bizim and yerimiz Vətən sağ olsun
Músicas em diferentes idiomas
Traduções de alta qualidade para todos os idiomas
Encontre os textos que você precisa em segundos