Abaixo está a letra da música Aldatdı Məni , artista - Faiq Ağayev com tradução
Texto original com tradução
Faiq Ağayev
Hardan biləydim axı, hicran gələcək
Məni sevənin üzü birdən dönəcək
Qara gecələr mənim ömrümə bənzər
Tənhalıq indi qəlbimi üzər
Ürək üsyan qoparsa bilən deyilsən
Qəfil çırağım sönsə görən deyilsən
Həsrətdən belə ölsəm dönən deyilsən
Sən məni sevən deyilsən
Ürək üsyan qoparsa bilən deyilsən
Qəfil çırağım sönsə görən deyilsən
Həsrətdən belə ölsəm dönən deyilsən
Sən məni sevən deyilsən
Aldatdı məni sevirəm deyənim
Aldatdı məni mənsiz dözməyənim
Aldatdı məni kimsə tutdu yerimi
Ürəkdən sevdiyim aldatdı məni
Aldatdı məni sevirəm deyənim
Aldatdı məni mənsiz dözməyənim
Aldatdı məni kimsə tutdu yerimi
Ürəkdən sevdiyim aldatdı məni
Sən bilə-bilə qəlbimə həmdəm oldun
De bu sevgidən axı nə tez yoruldun
Dözə bilmirəm, sənsizlik əzabdır
Ayrılıq məni haradan tapdı…
Músicas em diferentes idiomas
Traduções de alta qualidade para todos os idiomas
Encontre os textos que você precisa em segundos