Abaixo está a letra da música Yağış , artista - Lalə Məmmədova com tradução
Texto original com tradução
Lalə Məmmədova
Göyün xətrinə kim dəyib?
Kəsilmir, narın ağlayır
Dumanla üzünü örtüb
Kimsə duymasın, ağlayır
Narın yağış səsin kəsə
Yolçu qərib səsləyən kim?
Gecə pəncərə önündə
Göy qurşağı gözləyən kim?
Xatirələr pərən — pərən
Ümidlərim islanacaq
Yağış sevgi duasıtək
Ötənləri qaytaracaq
Bulud buluda sevgili
Şimşəyin odu sönübdür
O qızın gözü göy üzü
Narın yağışa dönübdür
Ya bax günəşli şəhərə
Bu yağış nə gətirəcək?
Xatirələr yuyulduqca
Kirpiklərim şeh çəkəcək
Músicas em diferentes idiomas
Traduções de alta qualidade para todos os idiomas
Encontre os textos que você precisa em segundos