Mono - Okaber

Mono - Okaber

  • Ano de lançamento: 2017
  • Linguagem: Azerbaijão
  • Duração: 2:46

Abaixo está a letra da música Mono , artista - Okaber com tradução

Letra da música " Mono "

Texto original com tradução

Mono

Okaber

Hamı kimin üçünsə xilaskardı…

Ya mən lal olmuşam, ya da qulağım biraz kardı

Ürəyimin yaralarına əllərinlə toxun

Gözlərimi görmək üçün yuxarı qaldır biraz kadrı

Əmələ gəlmir hərdən…

Nə qədər yazasan müharibədən, mərmilərdən

Soyuq tərdən sonra baş verən paranoiadan

Xatırlayıb hərdən, oğurladığın illəri yerinə qoy adam (sus)

Günlərim artıq maraqsız və daha sakit

Artıq alışıb yanan ocağı söndürmüşəm

Mənə ölüm hökmüdə azdı cənab hakim

Mən sevgi və bütün hissləri öldürmüşəm

Fikirlər qarma-qarışıq

Arasında ümidsizlik və karma yarışır

Biz axı deyildik əsl adam

Tüstüyə qarışan hönkürtülər əks-səda

Bu ya fraqment qısa metrajlı kino

Ya da, hər mübarizənin sonunda bitir yol

Həyat yerə çırpar bəlkə də, qaldırar səni

Son sözünü deyə bilməsən yandırar səni

Qorxulu yuxulardan ayılmadım

Hər dəfə oyananda isə adını sayıqladım

Bəlkə də, çoxdan ölmüşəm, amma sağ kimiyəm

Mən indi soyuq, əlçatmaz dağ kimiyəm

Sən hökmü oxu, qorxutmağa çalışma lakin

Bil ki, bozqurd ölümnən qorxmur, cənab hakim!

Mais de 2 milhões de letras

Músicas em diferentes idiomas

Traduções

Traduções de alta qualidade para todos os idiomas

Busca rápida

Encontre os textos que você precisa em segundos