Sual - PRoMete, DJ Shock

Sual - PRoMete, DJ Shock

Альбом
14
Год
2011
Язык
`Azerbaijão`
Длительность
195600

Abaixo está a letra da música Sual , artista - PRoMete, DJ Shock com tradução

Letra da música " Sual "

Texto original com tradução

Sual

PRoMete, DJ Shock

Neçə ildir hər səhər yuxudan oyananda

Beynimdə sancıya bənzər suallar dolaşır

Cavabları tapmaq üçün çalışmaq mənasızdır

Bu sualların cavabı bəlkə də yoxdur

Məni mənə göstərəndə birinci dəfə güzgü

Çox qorxmuşdum

«Bu mənmiyəm?»

— anlamamışdım

«Qəribədir.

Niyə bu belədir?»

— sormuşdum

Yormuşdum, bəlkə buna görə bezib

«Unudulacaq bu!»

— demişdilər mənə

Amma illər keçir, mənsə güzgüdə hər dəfə

Başqa bir mən görməyə öyrəşirdim

Unutmaq əvəzinə… hmmm… İçimdə hisslər isinirdi

Mənliyimi deyilən kimi soyutmaq əvəzinə

Və bir gün satış öyrəndim və bir gün alış öyrəndim

Dedim özüm-özümə - alış!

Öyrəndim!

Mən əvəzinə mən almaq öyrəndim

Mən əvəzinə mən satmaq öyrəndim

Əvvəl iməkləməyi öyrəndiyim bu yollarda

Özümü tək qoyub, qaçmaq öyrəndim

Və bir gün sən gəldin, qanad oldun

Mən uçmaq öyrəndim

Sən mənə çox öyrətdin

Mən səndən çox öyrəndim

Sətirlərin üzərində diyircəklə

Rəqs eləmək nə gözəlmiş?!

İşə bax bir, güzgüdə özümü tanıdım, üzüm də gözəlmiş

Uçarkən yerə baxdım, gördüm

«Göydən yer üstü nə gözəlmiş!?»

Deyəcəkdim

Gözləmədən və birdən sən getdin…

Qanadlarsız qaldım

Diyirləndim… diyirləndim…

Şüuraltından şüur üstünə gələn qonağımsan

Səni dərk etmək, görmək qədər mümkünsüz

Məni anlaya bilsən, yalnız sən anlarsan

Bəlkə, zamanı da danacaq beynim

Bəlkə də, bədəni də buraxacaq

Bu ruhum səni görə bilmək üçün nələr etməzdi?!

Amma nəfsim əksimə işləyən iti xəncər

Kəs-doğra, ruh parçalarımı gəl, bir yerə topla

Doğram-doğram… könül istər yenidən doğulam

Ana bətnindən çıxan anda sevinc yox

Qəm bəxş edə hər kəsə ölü cismim

Bəlkə onda sənə qovuşan yollar üzümə açıla bir-bir

Üsyan bu ruhda hakim.

Məni bağışla!

Bunu tək sən bacarırsan, çünki

Sənə yalvarmaqdan başqa, səni tərifdən başqa

Nə dəyərim var ki, sanki?!

Bunu mənə oyrədən də sənsən

Ala da bilərsən əgər istərsən

Mənə əvvəl özünü dərk et buyurmusan

Amma məni düşündürən bir neçə sual var

Səndən niyə qorxuram?

Sənə niyə qayıdacam?

Məni niyə yaratmısan?

Mən kiməm?

Bəs sən kimsən?

Mais de 2 milhões de letras

Músicas em diferentes idiomas

Traduções

Traduções de alta qualidade para todos os idiomas

Busca rápida

Encontre os textos que você precisa em segundos