Illuziya - PRoMete, Orxan Zeynallı

Illuziya - PRoMete, Orxan Zeynallı

Альбом
Sinqllar (2006-2015)
Год
2016
Язык
`Azerbaijão`
Длительность
224630

Abaixo está a letra da música Illuziya , artista - PRoMete, Orxan Zeynallı com tradução

Letra da música " Illuziya "

Texto original com tradução

Illuziya

PRoMete, Orxan Zeynallı

Doludur qəmli sətirlərlə kitablar

Bilinmir ki, indi sevincdən kim ağlar

Daha əvvəlkitək çağlamayan bulaqlar var

İçimdə siyasətdən doğulmamış uşaqlar var

Daxmalardan qaçanlarıq biz

Şəhərlərdə çox qələbəlik, qalmır iz

Bir gün özümü itirsəm, kim anlar ki

Qələmi vərəqə daha da sıx

Tətiyi gicgahda düşün, artsın cəsarət

Vur!

İçinə qonan qarğaları uzaqlara, çox uzaqlara uçur

Və yalnız yalançılar ən gərəkli anlarda susur!

Yalançılıq — bu deyil qüsur

Bu təbii fəlakət, bu mədəni xəyanət

Bu bədəni zəmanət altında beyinə ticarət

Bu, yabanı bitki kimidir

Bitdiyi yerlərdə xarabalıqdan olur əlamət

Və nəqarət…

Gec qalmaqdan qorxmamaq

İrəli getmək, geriyə baxmamaq

Qonaq edə bilməyəcəyəm səni dünyama

Xoş gəlmisən dar daxmama

Gec qalmaqdan qorxmamaq

İrəli getmək, geriyə baxmamaq

Qonaq edə bilməyəcəyəm səni dünyama

Xoş gəlmisən dar daxmama

Həyat düşündüyümdən də alçaq

Nə biləydim ki, dostlarımı pulla satın alacaq

Ən yaxşısı, düşünüm ki, onlar şəhid olublar

Bundan sonra ruhları Allaha yaxın olacaq

Amma tək düşünməklə olmur ki, bu həyat

Bizə kim öyrədib ki, dadlı olur bayat?

Biz yaxşı yaşamağı sayırdıq birgə yaşamaq

Amma indiki yaşama demək olmaz babat

Fərat Dəclədən ayrıldı, demək, mümkün hər şey

Səhv kimi sübut olundu mövcud düzgün hər şey

Yıxılmarıq, yıxılsan tutarıq — deyən hər kəs

Toz olub sovruldu, indi ölgün hər şey

Mənim səsim olmamalı idi bu verse-də

Pis tələbələri fələk qovur dərsdən

Həyat mənə üçbucaqlarını hədiyyə edir

Qarğalarsa qanad çaldı qorxub səsdən

Gec qalmaqdan qorxmamaq

İrəli getmək, geriyə baxmamaq

Qonaq edə bilməyəcəyəm səni dünyama

Xoş gəlmisən dar daxmama

Gec qalmaqdan qorxmamaq

İrəli getmək, geriyə baxmamaq

Qonaq edə bilməyəcəyəm səni dünyama

Xoş gəlmisən dar daxmama

Mais de 2 milhões de letras

Músicas em diferentes idiomas

Traduções

Traduções de alta qualidade para todos os idiomas

Busca rápida

Encontre os textos que você precisa em segundos