Abaixo está a letra da música Kor Yağış , artista - Zülfiyyə Xanbabayeva com tradução
Texto original com tradução
Zülfiyyə Xanbabayeva
Kor yağışın altında
İsinib qəlbimə, axtarıram səni mən
De hardasan, əzizim?
Həsrətin yandırır ürəyimi yenidən
(Ürəyimi, ürəyimi yenidən)
Xatirələrimdən silinmir o sənli günlərim
Sevgi dolu illərim qalıbdır geridə
Mənə yazdığın məktubların o bahar ətri
Yenə ümid gətirir, qəlbim səni səsləyir
Dön geri… Gecələrimin nəfəsiylə
Ürəyimin bu istisiylə… Dön geri
Dön geri… Gecələrimin nəfəsiylə
Ürəyimin bu istisiylə, dön geri
Bu yağışın altında
Baxıram son dəfə gözlərinə sənin mən
Sən getdiyin yollara
Bağlandı gözlərim, tənha qaldım yenə mən
(Tənha qaldım, tənha qaldım yenə mən)
Músicas em diferentes idiomas
Traduções de alta qualidade para todos os idiomas
Encontre os textos que você precisa em segundos