Abaixo está a letra da música Bu Sevgi , artista - Faiq Ağayev com tradução
Texto original com tradução
Faiq Ağayev
Aramızda nə qalır ki
Bir keçilməz dərya var
Yadımızda nə qalır ki
Bir yozulmaz röya var
Yadımızda nə qalır ki
Bir yozulmaz röya var
Səni məndən kim alar ki
Qismətinə kim qalar ki
Mənim olsan nə olar ki
Dağılmaz ki bu dünya
Mənim olsan nə olar ki
Dağılmaz ki bu dünya
Bu çalınan nə kamandır
Ürəyimin telləri
Görüşmürük nə zamandır
Saymaq olmur illəri
Görüşmürük nə zamandır
Saymaq olmur illəri
Bilməz idim sinəmdəsən
Bu kimsəsiz aləmdəsən
Qarşılaşsan mənimlə sən
Dağılmaz ki bu dünya
Qarşılaşsan mənimlə sən
Dağılmaz ki bu dünya
Músicas em diferentes idiomas
Traduções de alta qualidade para todos os idiomas
Encontre os textos que você precisa em segundos