Abaixo está a letra da música Neyçün Gəlməz , artista - Lalə Məmmədova com tradução
Texto original com tradução
Lalə Məmmədova
Əzizim qəlbiləndir
Ay doldu qəlbiləndi
Əzizim qəlbiləndir
Ay doldu qəlbiləndi
Nəyə desən, and içərəm
Bu qəlb o qəlbiləndir
Nəyə desən, and içərəm
Bu qəlb o qəlbiləndir
Qoyubdur intizarında
Neyçün gəlməz, neyçün gəlməz?
Həmişə ahü zarında
Neyçün gəlməz, neyçün gəlməz?
Əzizinəm, oyan, gül
Oyan bülbül, oyan gül
Könlüm fəğan eyləyir
Nə yatmısan, oyan gül
Könüldə ahüzarım var
Nə səbrü, nə qərarım var
Könüldə ahüzarım var
Nə səbrü, nə qərarım var
Qoyubdur intizarında
Neyçün gəlməz, neyçün gəlməz?
Həmişə ahüzarında
Neyçün gəlməz, neyçün gəlməz?
Deməz bir qəmli yarım var
Deməz bir qəmli yarım var
Neyçün gəlməz, neyçün gəlməz?
Neyçün gəlməz, neyçün gəlməz?
Neyçün gəlməz, neyçün gəlməz?
Neyçün gəlməz, neyçün gəlməz?
Neyçün gəlməz, neyçün gəlməz?
Neyçün gəlməz, neyçün gəlməz?
Qaşına tiğ dedim, qanımı tökmək nə üçün?
Tut ki, zalım, nə olar bu barədə böhtan demişəm, demişəm
İnciyib çıxsa sinəmdən, yeri var, peykanın
İnciyib, inciyib çıxsa sinəmdən, yeri var, peykanın
Ki, neyçün bağrıma gəldikcə basıb can demişəm?
Bu dağın o üzündə
Bu dağın o üzündə
Ceyran otlar düzündə
Bu dağın o üzündə
Bu dağın o üzündə
Ceyran otlar düzündə
Mən yarımı sevirəm
Qoşa xal var üzündə
Gülü dərən oldum
Saralıb, soldum
Gülü dərən oldum
Saralıb, soldum
Əziziyəm, gülə baxdı
Əziziyəm, gülə baxdı
Bülbüllər gülə baxdı
Əziziyəm, gülə baxdı
Əziziyəm, gülə baxdı
Bülbüllər gülə baxdı
Yarım üzümə baxdı
Elə bildim, Ay baxdı
Gülü dərən oldum
Saralıb, soldum
Gülü dərən oldum
Saralıb, soldum
Gülü dərən oldum
Saralıb, soldum
Gülü dərən oldum
Saralıb, soldum
Bu dağın o üzündə
Músicas em diferentes idiomas
Traduções de alta qualidade para todos os idiomas
Encontre os textos que você precisa em segundos