Ömrün Səhifələri - Royal Babayev, Mortiferum, Фридерик Шопен

Ömrün Səhifələri - Royal Babayev, Mortiferum, Фридерик Шопен

  • Ano de lançamento: 2021
  • Linguagem: Azerbaijão
  • Duração: 2:09

Abaixo está a letra da música Ömrün Səhifələri , artista - Royal Babayev, Mortiferum, Фридерик Шопен com tradução

Letra da música " Ömrün Səhifələri "

Texto original com tradução

Ömrün Səhifələri

Royal Babayev, Mortiferum, Фридерик Шопен

Təsəvvür edəndə ki, sən olmasaydın…

Necə olardı həyatım?

Necə olardı, həyatım?

Sən içkilərlə dolu olan həmin o boz masaydın

Ulduzlara toxunardıq, xəyalları pozmasaydın

Olmasaydın yuxularda, olardın reallıq sən

Gözlərindəki şaxtadan donardım bir anlıq mən

Və birdən soyuğun təsirindən buza dönər saf uşaq

Qayıt gəl!

Həyatda olmasa da, arzularda barışaq

Bəlkə sevgim sənin üçün sadəcə qəpik-quruş!?

Taqətdən salır məni saxta, amma qəti duruş

Kəsib-doğrayar parça-parça məni siyah gözlərin

Divardan asılan siluetin yaşamağa tək təsəllim

Aç əllərini yalvar son ümidlərimə denən ki

«Sevirəm!

Sevirəm səni, qəlbimə bıçaq sancan qatilim mənim!»

Mənsə haradasa uzaq sahillərdə itmişəm

Soyuq mənzilimdə soyuq cəsədim, sən demə mən getmişəm…

Alma, tale, kədər, ölüm…

Bitmir bu qara ömür…

Hara sürür bu ömrün şoferi, hə?!

Ən əvəzolunmaz xəyallarımın qatilisən

Dirisən, amma ki, ölü olsan daha yaxşı

Şeş-beş ata bilmədim, bu sevgidə gətirmədi naxışım

Hər gün süzülür boş badələrə Çanqa

Ya məni tez öldür, ya da ki, könlümdə qal

Bizi danışardı ulduzlara hər gün kosmos

Əbədi yanacağını sandığın sevgi olub toz

Qatır qədər işim ağır, amma ki, beynim qanmır

Bir də, bilməlisən, Bakı gözyaşlarına inanmır

Müvəqqəti ölümsüzlüyə görə üzr istəyirəm

Səndən lap gəlsin əzab, beşini versən, yüzünü istəyirəm

İçim həmişə bir əlvidalar şəhəri qap-qaranlıq

Məzarımda gün nə çıxır, nə batır — alatoranlıq

Outras músicas do artista:

Mais de 2 milhões de letras

Músicas em diferentes idiomas

Traduções

Traduções de alta qualidade para todos os idiomas

Busca rápida

Encontre os textos que você precisa em segundos